• tr

132-134 nömrəli Təhsil Kompleksində Ümummilli Lider Heydər Əliyevin anım tədbiri keçirilib.

0

Ulu öndər Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar 132-134 nömrəli Təhsil Kompleksində anım tədbiri keçirilib.

received_10207540833747079 received_10207540834227091
Tədbirdən öncə Təhsil Kompleksinin rəhbər, müəllim və şagird heyəti yüksək texnologiyalar əsasında qurulmuş virtual Heydər Əliyev Muzeyini ziyarət etdilər, ulu öndərin büstü önünə əklil qoydular, xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Günboyu məktəb daxilində ulu öndərə həsr olunmuş dərslərdə şagirdlərə ümummilli liderin zəngin irsi barədə geniş məlumat verildi, dövlətçilik fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirlidi. Daha sonra tədbir Təhsil Kompleksinin geniş salonunda davam etdirildi.
Təhsil Kompleksinin direktoru, Əməkdar Müəllim Sara Xanlarova bildirdi ki, bu gün müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin vəfatından on üç il keçir. İndi hər bir azərbaycanlı ulu öndərin şəxsiyyətinin böyüklüyünü, bənzərsizliyini, qüdrətini və müdrikliyini, xalqımız və dövlətimiz üçün gördüyü misilsiz işlərin əzəmətini daha dərindən dərk edir. Bu dahi insanın liderlik missiyası təkcə öz xalqı üçün deyil, bütövlükdə dünya üçün həlledici rol oynamışdır. Azərbaycan xalqı çox xoşbəxtdir, çünki onun Heydər Əliyev kimi dünya şöhrətli ümummilli lideri var! Heydər Zirvəsi əlçatmazdır, Heydər Zirvəsi dünyanın hər yerindən görünür.

received_10207540829706978 received_10207540831787030
Dahi rəhbər Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, böyük xilaskarlıq rolundan danışan S.Xanlarova çıxış edərək söylədi ki, Ulu Öndər müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır. Qüdrətli şəxsiyyət Heydər Əliyev bütün həyatını, fəaliyyətini Azərbaycana, onun xoşbəxtliyinə, işıqlı gələcəyinə həsr edib.

received_10207540825906883 received_10207540828346944
Bu gün müstəqil Azərbaycan məhz ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla irəli addımlayır, özünün sabit və davamlı inkişafı ilə bölgədə liderliyini möhkəmləndirir, dünyada nüfuzunu durmadan artırır.

received_10207540828506948 received_10207540818186690
Ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini xatırladan direktor Sara Xanlarova ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğuladı. Həmçinin bildirdi ki, Bakının mərkəzində yerləşən və 150 ildən çox tarixə malik olan və hazırda 132 və 134 nömrəli Təhsil Kompleksinin fəaliyyət göstərdiyi bu möhtəşəm bina Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə yenidən qurularaq əsaslı bərpa olunmuş və şagirdlərin ixtiyarına verilmişdir. Tarixi keçmişimizə həmişə böyük hörmətlə yanaşan, milli irsimizi, abidələrimizi, milli sərvətlərimizi daim qoruyan, bərpa edən dövlət başçısının bu tarixi binanın da yaşamasında və onun gələcək nəsillərə ötürülməsində böyük xidmətləri vardır. Biz bütün müəllim və şagird heyətimizlə birgə dövlətimizin bəxş etdiyi bu əvəzsiz töhfəni layiqincə qoruyub saxlayacağıq.

received_10207540838987210
Tədbirin rəsmi hissəsindən sonra məktəblilərin ifasında ümummilli liderin xatirəsinə həsr olunmuş bədii hissə nümayiş etdirildi. Şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər, mahnılar ifa etdilər.

received_10207540836507148 received_10207540838387195

PAYLAŞ

132-134-admin

Bizə Yazın