• tr

132-134 nömrəli Təhsil Kompleksində Dövlət Bayrağı Günü qeyd olunub

0

İlk öncə  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və dövlətin ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olan əsgərlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

11 1

Sonra 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, respublikanın əməkdar müəllimi Sara Xanlarova çıxış edərək Dövlət Bayrağı Günü münasibətilə  kompleksin şagirdlərini təbrik edib, üçrəngli bayrağımızın yaranma tarixindən, kəsb etdiyi mənalardan danışıb.

3 6

Diqqətə çatdırıb ki, ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunan üçrəngli bayrağımız, 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra dəyişdirilib, XX əsrin sonunda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yenidən bərpa olunub. S. Xanlarova bildirib ki, hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza ehtiram göstərməyi özünün müqəddəs borcu hesab edir. Dünyanın ən uca bayrağının Azərbaycanda dalğalanması, ölkəmizin bütün bölgələrində bayraq meydanlarının inşa edilməsi xalqımızın dövlət bayrağına olan sevgi və hörmətinin təcəssümüdür.

Tədbir şagirdlərin hazırladıqları konsert proqramı ilə davam etdirilib.

2 8

4

PAYLAŞ

132-134-admin

Bizə Yazın