• tr

132-134 nömrəli Təhsil Kompleksində Bilik Günü qeyd olunub

0

Sentyabrın 15-i ölkəmizdə Bilik günü kimi qeyd olunur. 2004-cü il avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsi və ümumilikdə təhsil sisteminin təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” Fərman imzalayıb. Sənədə əsasən, ölkəmizin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır və bu gün Bilik günü elan edilir.

Sentyabrın 15-də Bakının Səbail rayonundakı 132-134 nömrəli Təhsil Kompleksində Bilik Günü qeyd olunub.

6 1

Tədbirdə çıxış edən kompleksin direktoru, respublikanın əməkdar müəllimi Sara Xanlarova bütün təhsil işçilərini, şagirdləri, valideynləri Bilik Günü münasibətilə təbrik edib.

S.Xanlarova çıxış edərək  bildirib ki, son illər Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısı, Heydər Əliyev Fondunun müvafiq istiqamətdə həyata keçirdiyi layihələr ulu öndər Heydər Əliyevin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bu gün ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir.

4 5

                                2

Ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyinin təhsil sahəsində apardığı uğurlu siyasətdən danışan Təhsil Kompleksinin direktoru Sara Xanlarova  Azərbaycanda təhsilə qayğının ən yüksək səviyyədə olduğunu, bu sahədə həyata keçirilən islahatların ilk növbədə ölkəmizin xoşbəxt gələcəyinə hesablandığını diqqətə çatdırıb. Qeyd edib ki, xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin uğurlu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin gərgin əməyi nəticəsində Azərbaycan müstəqil, ədalətli, demokratik, dünyəvi dövlət kimi daim irəliləyir. S.Xanlarova bildirib ki, 150-dən çox  yaşı olan  bu tarixi binada 2010-cu ildə Azərbaycan Prezidentinin xüsusi tapşırığı ilə əsaslı şəkildə yenidənqurma işlərinin aparılması dövlət başçısının təhsilə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

10 11

Kompleksdəki tədris barədə məlumat verən Sara Xanlarova bildirib ki, ilk beynəlxalq status almış dövlət məktəbi kimi bu təhsil müəssisəsi şagirdlərə bir neçə xarici dilin öyrədilməsini qarşıya məqsəd qoyub. Burada məktəblilərə rus, fransız, ərəb və ingilis dilləri mükəmməl şəkildə öyrədilir.

Direktor, həmçinin təhsil kompleksinin nəzdində fəaliyyət göstərən “Ana məktəb” barədə məlumat verib. Diqqətə çatdırıb ki, bu təhsil modeli fransız təhsil sisteminin bir nümunəsidir. Modelin əsas məqsədi uşaqların üç yaşdan tam məktəb təliminə hazırlanması və erkən yaş dövründən xarici dillərin öyrədilməsidir.

3 2

Tədbirdə birinci sinif şagirdləri üçün hazırlanmış rəqslər və mahnılardan ibarət əyləncəli konsert proqramı təqdim olundu.

                                            3

Sonra Bilik günündə ilk zəng çalındı və birincilər böyük sevinclə siniflərə daxil oldular.

1  5

                                                  16

 

PAYLAŞ

132-134-admin

Bizə Yazın