• tr

132-134 nömrəli Təhsil Kompleksində “Heydər Əliyev-93” adlı tədbir keçirilib

0

132-134 nömrəli Təhsil Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən təntənəli tədbir keçirilib.

Əvvəlcə dahi rəhbər Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirdə ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən bəhs edən film göstərilib.

                                            1

Sonra məktəbin direktoru, əməkdar müəllim Sara Xanlarova ümummilli lider, müdrik şəxsiyyət Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və dünyaya tanıdılmasında əvəzsiz tarixi xidmətlərindən danışıb. Vurğulanıb ki, Ulu Öndər bütün həyatını və yorulmaz fəaliyyətini doğma Vətənə və xalqa həsr edib. Müasir müstəqil Azərbaycan dahi rəhbər Heydər Əliyevin əsəridir. Qüdrətli şəxsiyyət Heydər Əliyevin doğma Azərbaycana sevgisi, məhəbbəti sonsuz, tükənməz idi. Ulu Öndər deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam”

4 2

Ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamını vurğulayan direktor Ulu Öndərin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib. Bildirib ki, dahi rəhbər təhsilə daim böyük əhəmiyyət verirdi. O, gənclərə daim doğma Vətəni və xalqı, ana dilimizi sevməyi tövsiyə edirdi.

SXanlarova dövlətimizin təhsil siyasətinin, bu sahədə reallaşdırılan islahatların uğurlarını xatırladıb.

Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi dahi oğlu var. Xalqımız xoşbəxtdir ki, Ulu Öndər bizə öz layiqli varisini, Prezident İlham Əliyev kimi müdrik bir şəxsiyyəti bəxş edib.

Ümummilli lider Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini bildirən direktor bu gün respublikamızın çox sürətlə inkişaf etdiyini, beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini diqqətə çatdırıb.

Sara  Xanlarova xatırladıb ki, 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə 132-134 nömrəli Təhsil Kompleksi əsaslı şəkildə yenidən qurulub və müasir avadanlıqla təchiz edilib.

Dahi rəhbər Heydər Əliyevin zəngin siyasi irsinin əhəmiyyətini vurğulayan direktor gəncləri bu irsi daha da dərindən öyrənməyə çağırıb.

Sonra şagirdlərin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Məktəblilər Ulu Öndərə həsr olunan mahnılar ifa edib, şeirlər söyləyiblər.

 

PAYLAŞ

132-134-admin

Bizə Yazın