• tr

“Ümumdünya Mülkü Müdafiə günü” adlı tədbir keçirilib

0

“1 mart – Ümumdünya Mülki Müdafiə Günü” münasibəti ilə 132-134 nömrəli Təhsil Kompleksində tədbir keçirilib.

7 4

Tədbirdə şagirdlərə Beynəlxalq Mülki Müdafiə Təşkilatı barədə geniş məlumat verilmişdir. Bildirilmişdir ki, Ümumdünya Mülki Müdafiə Təşkilatı 1972-ci il martın 1-dən fəaliyyət göstərir. Azərbaycan Respublikası bu beynəlxalq təşkilatda 1993-cü ildən təmsil olunur. Mülki müdafiə mövzusunda beynəlxalq seminarlar, konfranslar, toplantılar keçirilir, mülki müdafiənin qüvvə və texnikalarının sərgisi təşkil olunur.

                                            8

Tədbirdə əhalinin mülki müdafiə sahəsində biliklərini daim diqqət mərkəzində saxlamaq, xüsusilə də müəllim kollektivinin mülki müdafiə işinin təşkilini, onun məramını, eləcə də fövqəladə hallar zamanı davranış qaydalarını bilmələri və bu bilikləri mütəmadi olaraq şagirdlərə aşılamalarının vacibliyi ön plana çəkilmişdir.

6 5

Sonra fövqəladə halların başvermə səbəbləri, onlardan mühafizə üsulları”, “Hansı hallarda “112” qaynar xətti ilə əlaqə saxlamaq lazımdır?”, “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınması” mövzularında çıxışlar olmuşdur. Şagirdləri maraqlandıran suallar cavablandırılmışdır. Tədbirdə iştirakçılara “Hansı hallarda “112” qaynar xətt ilə əlaqə saxlamaq lazımdır?” mövzusunda hazırlanmış broşür və vərəqələr də paylanmışdır.

Şagirdlər tərəfindən  təhlükəli zonadan təxliyyə olunma qaydaları, yaralanmış şəxslərə ilk tibbi yardımın göstərilməsi üsulları nümayiş olunmuşdur.

3 2

PAYLAŞ

132-134-admin

Bizə Yazın