• tr

132-134 nömrəli Təhsil Kompleksində 20 yanvar faciəsinin 26-cı ildönümü qeyd olunub

0

Bakının Səbail rayonundakı 132-134 nömrəli Təhsil Kompleksində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilmiş, şəhidlərin əziz xatirəsi anılmışdır.

                                                        _MG_9346

              _MG_9271 _MG_9278

Məktəbin şagirdlərinin çəkdikləri “20 Yanvar-26 il!” adlı qısametrajlı film nümayiş etdirilmişdir. Tədbirdə məktəbin direktoru, Əməkdar müəllim Sara Xanlarova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusunun şəhər və rayonlarımızda, xüsusilə Bakıda törətdiyi qanlı faciələrdən bəhs etmişdir. Bildirmişdir ki, qanlı hadisədən 26 il keçir, lakin o müdhiş gecə heç zaman yaddan çıxmayacaqdır.

             _MG_9287 _MG_9284
Direktor xatırlatmışdır ki, xalqımızın müdrik oğlu, ulu öndər Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək bu qanlı faciəyə qarşı kəskin etirazını bildirmişdir.
Qara Yanvarda gülləyə tuş gələn insanlar arasında məktəblilərin də olduğunu qeyd edən S.Xanlarova diqqətə çatdırmışdır ki, 13 yaşlı şəhid Larisa Məmmədova məktəbimizin şagirdi idi.

                                                      _MG_9357

             _MG_9360 _MG_9362

Direktor şəhidlərin əziz xatirəsinin əbədiyaşar olduğunu vurğulamışdır.
Sonra mövzu ilə bağlı ədəbi-bədii kompozisiya və məktəblilərin əl işlərindən ibarət “Qanlı Yanvar” adlı sərgi nümayiş etdirilmişdir.

PAYLAŞ

132-134-admin

Bizə Yazın