• tr

132-134 nömrəli təhsil kompleksində “Rəşadət simvolu” adlı tədbir keçirildi

0

132-134 nömrəli təhsil kompleksində “Vətənpərvərlik günü”nə həsr olunmuş  “Rəşadət simvolu” adlı tədbir keçirilmişdir.  Tədbir kompleksin fəxri məzunu Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədova həsr edimişdir.

5 22

Tədbir Ulu Öndər Heydər Əliyevin  “Vətəni qorumaq” haqqında dəyərli fikirləri ilə açıq elan edildi.

132-134 nömrəli Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Riad Əhmədovun məzunu olduğu bu məktəbin tarixi barədə çıxış etmiş və 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, təhsil müəssisəsinin yüksək səviyyədə təmir olunduğunu və müasir avadanlıqla təchiz edildiyini tədbir iştirakçılarına bir daha xatırlatmışdır. Riad Əhmədovun mənalı və şərəfli ömür, şanlı döyüş yolundan danışan S.Xanlarova vurğulamışdır ki, bu tədbir Azərbaycan gəncləri üçün vətənpərvərlik nümunəsidir.Təhsil Kompleksinin  direktoru Sara Xanlarova şagirdlərin vətənpərvərlik ruhunda böyüməsini yüksək dəyərləndirərək,  Riad Əhmədovun da məhz əsl vətənpərvər şəxs olduğunu vurğulamışdır.

1 1

Daha sonra şagirdlərin ifasında “Xalqın unutmaz”, “Allah qorusun sizi” şeirləri səsləndirildi. Riad Əhmədoun həyatını əks etdirən “Qayıt Riad” filmindən müəyyən hissələr nümayış etdirildi. 5b və 7c sinfin şagirdləri “Ana iztirabı” poemasından səhnəcik göstərdilər.

Tədbirin sonunda xatirə şəkili çəkildi.

                                                            6

PAYLAŞ

132-134-admin

Bizə Yazın