20 yanvar  faciəsinin otuzuncu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

0

17 yanvar 2020-ci il tarixində 132-134 nömrəli Təhsil Kompleksində 20 yanvar  faciəsinin otuzuncu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.Tədbir iştirakçıları əvvəlcə şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad etmişdir.

Sonra Kompleksin direktoru Sara Xanlarova 1990-cı ilin yanvar hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən, Azərbaycan xalqının azadlıq mübarizəsindən, igid oğul və qızlarımızın qəhrəmanlığından, yenilməzliyindən, vətənə, torpağa sədaqətindən danısdı. O həmçinin Kompleksimizin şagirdi olmuş Larisa Məmmədovanın dəhşətli faciənin  qurbanlardan biri olduğunu qeyd etdi. Sara Xanlarova çıxışını Ümumilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin «Hamı bilməlidir ki,sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlamaması və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq,bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa olsun, azad edəcəkdir» bəyanatı ilə bitirmişdir.

Tədbir şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya ilə yekunlaşmışdır.

Tədbirdə Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev, şəhid Larisa Məmmədovanın ailə üzvləri də iştirak etmişlər.

 

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin