“Unudulmaz lider” adlı anım tədbiri keçirilmişdir.

0

132-134 nömrəli Təhsil Kompleksində Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Unudulmaz lider” adlı anım tədbiri keçirilmişdir.

12 dekabr 2019-cu il tarixində 132-134 nömrəli təhsil kompleksində «Ulu Öndər Heydər Əliyevin  anım günü»-nə həsr edilmiş tədbir keçirildi.Tədbir kompleksin direktoru Sara Xanlarovanın   çıxış ilə açiq elan edildi. Öz çıxışında Sara Xanlarova ulu öndərin həyat yolundan, siyasi fəaliyyətindən, hakimiyyətə ikinci qayıdışından ,ölkədə ictimai siyası sabitliyi  bərpa etməsindən , torpaqlarımızın işğalının qarşısının almasından  danışdı.

Sonra  kompleksin tarix müəllimləri Aygün Əfəndiyeva  və  Sevinç Səfərəliyeva  dahi şəxsiyyətin Azərbaycan xalqı və  dövlətçiliyi qarşısında  əvəzsiz xidmətlərindən danışdılar.

Çıxışlardan sonra ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olundu Sonra söz məktəblilərə verildi. Onlar ulu öndərin əziz xatirəsinə həsr edilmiş şerlər dedilər,səhnəcik nümayiş etdirdilər. Tədbirin sonunda Sara Xanlarova çıxış edərək dünya şöhrətli siyasətçinin layiqli davamçısı ölkə Prezidenti  İlham Əliyev və birinci  vitse-prezidenti  Mehriban Əliyeva tərəfindən uğurla davam etdiyini qeyd etdi.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin