Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 132-134 nömrəli Təhsil Kompleksində “Heydər Əliyev və Azərbaycan” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilmişdir. Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev və Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxış edərək Ulu öndər Heydər Əliyevin zəngin irsinin və Azərbaycanımızın tarixinin dərindən öyrənilməsi, məktəblilər arasında tarixə olan marağın artırılması məqsədi daşıyan konfransın əhəmiyyətini vurğulayaraq bildirmişlər ki, Ulu öndərin Azərbaycan tarixində qoyduğu iz, onun tariximizin bir çox məqamlarının aşkar olunması, dərindən araşdırılaraq öyrənilməsi və geniş ictimaiyyətə çatırılması sahəsindəki rolu əvəzolunmazdır.

Tədbirdə 16 məktəbin hazırladığı 80 referatdan 5 ən yaxşı referat hazırlayan şagirdlər müsabiqənin qalibi seçilmişlər. 132-134 nömrəli Təhsil Kompleksinin 9b sinif şagirdi Məmmədova Zəhraxanım da qaliblər sırasındadır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here