Bakının Səbail rayonundakı 132-134 №-li Təhsil Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.

 Dahi şəxsiyyət Heydər Əliyevə həsr olunan dərslərdə şagirdlərə ümummilli liderin zəngin irsi barədə məlumat verilib, onun çoxcəhətli fəaliyyətini əks etdirən sənədli film nümayiş olunmuşdur. Ulu Öndərin xatirəsinə həsr olunmuş  «El bilir ki, sən mənimsən…» adlı rəsm müsabiqəsi, «Xalqın böyük oğlu» adlı inşa müsabiqəsi keçirilmiş, qaliblər diplomla mükafatlandırılmışdır.

Kompleksin şagirdləri təhsil müəssisəsindəki Heydər Əliyev muzeyində rəhbərin zəngin həyat və fəaliyyətini əks etdirən kitab, fotoşəkillər, tarixi sənədlərlə tanış olmuşlar.

Mayın 10-da kompleksdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş «Əbədiyyətə qovuşan ömür»  adlı tədbir keçirilmişdir. Tədbirdə kompleksin direktoru, Əməkdar müəllim Sara Xanlarova çıxış edərək bildirmişdir ki, Ulu Öndər müstəqil müasir Azərbaycanın memarı və qurucusudur. O, bütün həyatını, fəaliyyətini Azərbaycana, onun xoşbəxtliyinə, işıqlı gələcəyinə həsr edib.  Ulu Öndərin əvəzsiz tarixi xidmətlərindən danışan direktor vurğulayıb ki, o, yalnız müasir Azərbaycan dövlətini yaradıb-qurmadı, həm də onu sürətli inkişaf yoluna çıxardı, beynəlxalq aləmdə tanıtdı, nüfuzunu yüksəltdi. Dahi rəhbər Heydər Əliyev ideyalarını böyük uğurla  Prezident İlham Əliyev tərəfindən həyata keçirildiyini deyən direktor Sara Xanlarova ölkəmizdə iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətinvə digər sahələrin günü-gündən inkişaf etdiyini söyləyib.  2010-cu ildə Prezident İlham Əliyevin tapşırığı ilə 132-134 nömrəli Təhsil Kompleksi əsaslı şəkildə təmir olunaraq yenidən qurulub, qədim tarixi binaya yeni nəfəs verilmişdir.
Dahi şəxsiyyət, xalqın böyük oğlu Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində yaşayır və daim yaşayacaq.
Tədbirin bədii hissəsində şagirdlər Ulu Öndərə həsr olunmuş şeirlər söyləmiş, kompozisiyalar, mahnılar ifa etmişlər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here