Bakının Səbail rayonundakı 132-134 №-li Təhsil Kompleksində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş təqdimat keçirilmişdir. Şagirdlər akademik Zərifə Əliyevanın mənalı və şərəfli ömür yolundan bəhs edən maraqlı təqdimatlarla çıxış etmiş,  kompozisiyalar təqdim etmişlər. Zərifə xanım Əliyeva həm də sədaqətli ömür-gün yoldaşı idi. O, ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyat yoldaşı idi. Ürəyində daim işıqlı amallar, nəcib duyğular yaşadan Zərifə xanım Əliyevanın əziz xatirəsi könüllərdə daim yaşayacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here