“Narkomaniya bəşəriyyətin bəlasıdır”, “Zərərli vərdişlərə yox deyək!” adlı tədbir keçirilmişdir

0

28.02.2019-cu il tarixində 132-134 nömrəli Təhsil Kompleksində Səbail rayon Polis İdarəsinin və 9-cu Polis Bölməsinin rəhbərliyinin təşəbbüsü ilə “Narkomaniya bəşəriyyətin bəlasıdır”, “Zərərli vərdişlərə yox deyək!” adlı tədbir keçirilmişdir.

Tədbirdə Səbail rayon Polis İdarəsinin rəisi, polis-polkovniki Cavid Muradov, Səbail rayon Polis İdarəsinin , 9-cu PB-nin rəisi və əməkdaşları, Veteranlar Şurasının əməkdaşları, Səbail rayon İcra Hakimiyyətinin, İçəri şəhər Cümə məscidinin və Bakı şəhəri Narkoloji Dispanserin nümayəndələri də iştirak etmişlər.

Kompleksin IX-X-XI sinif şagirdləri və müəllim kollektivinin iştirak etdiyi tədbirdə  narkomaniyanın zəzərli nəticələri barədə geniş söhbətlər aparılmış,  maarifləndirici slaydlar və film təqdim olunmuşdur. 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here