132-134 nömrəli Təhsil Kompleksində Dövlət Bayrağı Günü qeyd olunub

0

132-134 nömrəli Təhsil Kompleksində 9 noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə Təhsil Kompleksinin direktoru Sara Xanlarova açaraq bayrağımızın yaranma tarixi haqqında geniş məlumat verib, ulu öndər Heydər Əliyevin Dövlət bayrağı haqqındakı fikirlərini diqqətə çatdırıb. S.Xanlarova bildirib ki, Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə təsis edilən Dövlət Bayrağı Günü tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın ən yüksək göstəricisidir. Direktor  Dövlət Bayrağı Gününün bütün azərbaycanlılar tərəfindən qeyd edilməsini milli birliyin nişanəsi adlandırıb, şagirdlərə uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı uca tutmağı tövsiyə edib. Həmçinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımızın düşmən işğalından azad ediləcəyinə, üçrəngli bayrağımızın doğma Qarabağımızın hər bir guşəsində dalğalanacağına əminlik bildirib.

Tədbirdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar səsləndirib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here