132-134 nömrəli Təhsil Kompleksində “Bilik günü” qeyd olunub.

0

Sentyabrın 15-də 132-134 nömrəli Təhsil Kompleksində  “Bilik günü” qeyd olunub.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən, təhsil sahəsində aparılan islahatlardan danışılıb, məktəb məzunlarının qəbul imtahanlarındakı uğurlarından bəhs olunub.

Tədbiri giriş sözü ilə Təhsil Kompleksinin direktoru Sara Xanlarova açaraq yeni dərs ilinin başlanması münasibətilə müəllimləri, şagirdləri, valideynləri təbrik edib, onlara xoş arzularını bildirib. S.Xanlarova çıxışında Azərbaycanda təhsilin inkişafına Prezident İlham Əliyev tərəfindən xüsusi qayğı və diqqət göstərildiyini vurğulayıb. Son illərdə ölkəmizdə dörd minədək məktəb əsaslı təmir olunub, yeni məktəblər tikilib, ən müasir innovativ texnologiyalar tətbiq edilib. Dövlət proqramı çərçivəsində beş mindən çox gənc dünyanın aparıcı universitetlərində təhsil alıblar. Hazırda bu istiqamətdə iş davam etdirilir.

Təhsil Kompleksinin direktoru Sara Xanlarova həmçinin bildirib ki, Azərbaycanda “Bilik günü” qeyd olunmaqla yanaşı, Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm parad keçirilib. Bildiyimiz kimi, Prezident İlham Əliyev bu ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Hər iki əlamətdar hadisə ölkə tarixində mühüm əhəmiyyət kəsb edir.

Tədbir maraqlı konsert proqramı ilə davam etdirilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here