132-134 nömrəli Təhsil Kompleksində “Son zəng” çalındı

0

İyunun 14-də 132-134 nömrəli Təhsil Kompleksində “Son zəng” tədbiri keçirilib. Azərbaycan  Respublikasının  Dövlət Himni səsləndirildikdən sonra tədbir açıq elan edlib.

Tədbiri giriş sözü ilə 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Respublikanın əməkdar müəllimi Sara Xanlarova açaraq məzunları təbrik edib və onlara qarşıdakı çətin sınaqlarda müvəffəqiyyətlər arzulayıb. Təhsil Kompleksinin direktoru  Ulu öndər  Heydər  Əliyevin  Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışaraq, Azərbaycanda təhsilə qayğının ən yüksək səviyyədə olduğunu, bu sahədə  həyata keçirilən hər bir islahatın, baş verən hər bir hadisələrin ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmış olduğunu diqqətə çatdırdı. Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin uğurlu siyasətini layiqincə davam etdirən İlham Əliyevin gərgin əməyi nəticəsində bu gün Azərbaycan müstəqil, ədalətli, demokratik, dünyəvi dövlət kimi daim irəliləyir.

Tədbir bədii hissə ilə davam etdirilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here