Təhsil Kompleksində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi qeyd olunub

0

Mayın 25-də Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Təhsil Kompleksinin direktoru, Əməkdar Müəllim Sara Xanlarova Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki müstəsna yeri və rolundan danışıb.

Direktor Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamının əhəmiyyətini vurğulayıb.

Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə şərəfli iz qoyduğunu qeyd edən S.Xanlarova bildirib ki, Cümhuriyyət milli təhsil sistemimizin qurulmasına mühüm töhfələr verib. Elm və təhsilimizin inkişafında müstəsna rolu olan indiki Bakı Dövlət Universiteti Cümhuriyyət dövründə yaradılıb.

Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən danışan direktor müasir müstəqil Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayıb.

Sara Xanlarova həmçinin bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Təhsil Kompleksində tədbirlər planı hazırlanıb. Tədbirlər Planına əsasən, 10 gün ərzində məktəbdə müxtəlif müsabiqələr, tədbirlər keçirilib. Şagirdlər breyn-rinq intellektual oyunlarda iştirak edib, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət etmişlər. İnşa, rəsm və elektron təqdimatlarda qalib gələn şagirdlərə isə diplomlar təqdim olunub.

Tədbirdə məktəblilər Cümhuriyyətin 100 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here