“Bakı, sabahın xeyir” adlı tədbir keçirilib

0

132-134 nömrəli Təhsil Kompleksində nəğməkar şair, dramaturq, Əməkdar İncəsənət Xadimi İslam Səfərlinin 95 illiyi münasibətilə “Bakı, sabahın xeyir” adlı tədbir keçirildi.
Tədbirə şairin sözlərinə yazılmış “Bakı, sabahın xeyir” adlı musiqiylə başlayan məktəblilər daha sonra şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verərək bildirdilər ki, İslam Səfərli Azərbaycan mədəniyyəti və ədəbiyyatının inkişafında əvəzsiz rol oynamışdır.
Şagirdlərin ifasında İslam Səfərlinin Ana, Naxçıvan, Qonaq gəl bizə bu kimi gözəl şeirləri və şairin sözlərinə yazılmış bir çox mahnılar səsləndirildi. Daha sonra İslam Səfərlinin həm də dramaturq kimi böyük uğur qazandığını vurğulayan şagirdlər “Göz həkimi” pyesindən kiçik bir səhnəcik nümayiş etdirdilər.
Sonda 132 mömrəli məktəbin məzunu olmuş Xalq artisti Azər Zeynalov, Əməkdar artist Firuzə İbadova və Vüsal İsrafilov kimi tanınmış müğənnilər öz nəğmələriylə çıxış etdilər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here