IB məktəblərarası “IB Olympic Games” idman yarışlarının bağlanış mərasimi keçirildi

0

Ötən həftə 132-134 nömrəli Təhsil Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş IB məktəblərarası “IB Olympic Games” idman yarışlarının bağlanış mərasimi keçirildi. Təhsil kompleksinin IB şagirdlərinin təşəbbüsü ilə keçirilən yarışların bağlanış mərasimi isə açılış mərasimində olduğu kimi böyük marağa səbəb oldu.
Tədbir yarışlardan hazırlanmış video çarxın nümayişi ilə başladı. Sonra iştirakçı məktəblərin medal və diplomlarla təltifolma mərasimi keçirildi.

Sonda isə Təhsil Kompleksinin şagirdləri musiqi, rəqs və idmanla bağlı müxtəlif nömrələr nümayiş etdirdilər. Tədbirdə Ana məktəbin şagirdləri də xüsusi musiqi nömrəsi ilə çıxış etdilər.
Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin , həmçinin iştirakçı məktəblərin direktor və IB kordinatorlarının iştirak etdikləri tədbir maraqla qarşılandı.
132-134 nömrəli Təhsil Kompleksi yarışlarda yüksək nəticə göstərərək qızıl, gümüş , bürünc medallarla və diplomlarla təltif olundu. Əldə etdikləri nəaliyyətlərə görə şagirdlərimizi təbrik edirik.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here