“Heydər Əliyev və Azərbaycan” mövzusunda rəsm müsabiqəsi keçirilib

0

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan” mövzusunda rəsm müsabiqəsi keçirilib.
“Sahil bağı”nda təşkil olunan bu müsabiqədə 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri iştirak edib. Təhsil Kompleksi həmin tədbirdə ulu öndər Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın portretləri, həmçinin doğma Azərbaycanın müxtəlif güşələrini, gözəl mənzərə və gül kompozisiyalarını əks etdirən 10 müxtəlif rəsmlə təmsil olunurdu.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here