Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan tədbir keçirilib.

Əvvəlcə, məktəbin kollektivi təhsil müəssisəsində yüksək texnologiyalar əsasında qurulan virtual Heydər Əliyev Muzeyini ziyarət edib, Ulu Öndərin büstü önünə əklil qoyub, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Məktəbdə Ulu Öndərin xatirəsi silsilə tədbirlərlə yad edilib. Dahi şəxsiyyət Heydər Əliyevə həsr olunan dərslərdə şagirdlərə Ümummilli Liderin zəngin irsi barədə məlumat verilib, çoxcəhətli fəaliyyətini əks etdirən sənədli film göstərilib.

Tədbirdə 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova çıxış edərək  bildirilib ki, Ulu Öndər müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır. Qüdrətli şəxsiyyət Heydər Əliyev bütün həyatını, fəaliyyətini Azərbaycana, onun xoşbəxtliyinə, işıqlı gələcəyinə həsr edib.

Şagirdlər təhsil müəssisəsindəki Heydər Əliyev Muzeyində müdrik rəhbərin zəngin həyat və fəaliyyətini əks etdirən kitab və fotoşəkillərlə tanış olublar.

Tədbirin bədii hissəsində məktəblilər Ulu Öndərə həsr olunan şeir və mahnılar ifa ediblər.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here