“Nurlu ömrün çırağında” adlı tədbir keçirilib

0

Mayın 5-də Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyinə həsr edilmiş “Nurlu ömrün çırağında” adlı tədbir keçirilib.

Əvvəlcə görkəmli oftalmoloq-alimin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

Tədbirdə Təhsil Kompleksinin direktoru, Əməkdar Müəllim Sara Xanlarova ölkəmizdə tibb elminin və təhsilinin inkişafında müstəsna rolu olan akademik Zərifə xanım Əliyevanın şərəfli ömür yolundan, qazandığı nailiyyətlərdən danışıb.

Vurğulanıb ki, Zərifə xanım həm görkəmli alim, həkim, həm nüfuzlu ictimai xadim, həm də qayğıkeş həyat yoldaşı, gözəl, mehriban ana idi. Akademik Zərifə Əliyeva müasir müstəqil dövlətimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı, Prezident İlham Əliyevin anasıdır.

Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın səmərəli xidmətlərindən, əsərlərinin əhəmiyyətindən danışan S.Xanlarova onun bacarıqlı həkim kimi insanlara daim sağlamlıq, sonsuz sevinc, xoşbəxtlik bəxş etdiyini vurğulayıb. Qeyd edilib ki, Zərifə xanım sadə, səmimi, nəcib bir insan olduğu qədər də işıqlı şəxsiyyət idi. Elə onu həyata bağlayan da qəlbinin dərin, ülvi sevgisi və xeyirxahlıq duyğuları olub.

Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinin nəsillərə layiqli nümunə olduğunu deyən direktor alimin əziz xatirəsinin daim könüllərdə yaşayacağını vurğulayıb

Sonra şagirdlər ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. Ana haqqında şeirlər ifa edilib, mahnılar səsləndirilib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here