132-134 nömrəli Təhsil Kompleksində “IB Olympic Games” idman yarışlarının açılış mərasimi keçirilib

0

132-134 nömrəli Təhsil Kompleksində Heydər Əliyevin əziz xatirəsinə ithaf olunmuş IB məktəblərarası “IB Olympic Games” idman yarışlarının açılış mərasimi keçirilib. Təhsil kompleksinin IB şagirdlərinin təşəbbüsü ilə keçirilən yarışların açılışını məktəbin direktoru Sara Xanlarova edərək şagirdlərimizin uğurlarından söz açıb. Ardınca iştirakçı məktəblərin komanda üzvlərinin təntənəli təqdimatı olub.

Qeyd edək ki, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyiylə təşkil olunan yarışlarda Bakıda yerləşən 5 IB məktəb (132 – 134 nömrəli Təhsil Kompleksi, İstək Liseyi, Dünya Məktəbi, 6 nömrəli məktəb-lisey, Avropa Azərbaycan Məktəbi) 7 idman növü (futzal, stritbol, voleybol, stolüstü tenis, atletika, üzgüçülük və veloidman) üzrə yarışacaqlar. Olimpiyadanın bağlanış mərasimi isə 10 mayda keçiriləcəkdir.
Açılışla mərasimində Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin nümayəndələri, iştirakçı məktəblərin direktor və IB kordinatorları, AMİF-in prezidenti, millət vəkilləri Sevinc Hüseynova, Aqiyyə Naxçıvanlı və başqaları iştirak ediblər.
Sonda isə şagirdlər musiqi, rəqs və idmanla bağlı müxtəlif çıxışlar nümayiş etdirdilər.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here