«Ölkəmizi tanıyaq» tur-aksiyasında 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri iştirak edib

0

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 15-18 mart 2018-ci il tarixlərdə «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün növbəti maarifləndirici tur-aksiyası təşkil olunmuşdur.

Məktəblilər 3 gün ərzində Naxçıvanın tarixi, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri və başqa gəzməli-görməli yerləri ilə tanış olmuşlar. Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Naxçıvana ekskursiya Səbail məktəbliləri tərəfindən böyük sevinc və coşqu ilə qarşılanıb.

Qeyd edək ki, həmin tur-aksiyada 132-134 nömrəli Təhsil Kompleksinin 10-cu sinif şagirdləri Dadaşov Nurlan və Yusifova Həvva da iştirak edib.

Həvva Yusifova öz təəssüratlarını bölüşərkən bildirib:

– Çox sevinirəm ki, doğma Azərbaycanımızın ayrılmaz hissəsi olan Naxçıvandayam. Muxtar respublikanın gəzməli-görməli yerləri, tarixi abidələri haqqında əvvəllər də çox məlumatım olub. Ancaq necə deyərlər, yüz dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır. Burada olduğum üç gün ərzində Naxçıvanın tarixi keçmişinə dair çox şey öyrənmişəm.

Şahbuz rayonunda olarkən buranın zəngin flora və faunası ilə də tanışlıq imkanımız oldu. Bu bölgənin təmiz havası, çox gözəl təbiəti var. Naxçıvan səfərimiz mənim və dostlarımın Vətən, yurd sevgisini daha da artırdı. Bu səfər bizim həyatımızda unudulmaz xatirəyə çevriləcəkdir. Buna görə də yoldaşlarım adından dövlətimizə öz minnətdarlığımı bildirirəm.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here