Əvvəlcə faciə qurbanlarının xatirəsi anılıb.

Tədbirdə 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Əməkdar Müəllim Sara Xanlarova çıxış edərək 26 il bundan əvvəl erməni hərbi birləşmələrinin xalqımıza qarşı törətdikləri Xocalı soyqırımından söhbət açmışdır. Bildirmişdir ki, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilib. Məhz ulu öndərin təşəbbüsü ilə BMT-yə, dünya dövlətlərinə bu qətliamın əsl mahiyyəti açıqlanmışdır.

Təhsil Kompleksinin direktoru S.Xanlarova həmçinin  bildirmişdir ki, 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeridib, dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutmuşdur. Bu hərbi-siyasi təcavüz zamanı yüzlərlə həmvətənimiz həlak olmuş, mindən artıq nəfər isə girov götürülmüşdür. Xocalıda törədilmiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Tədbirin təşkilində də məqsəd məhz bu reallıqları böyüməkdə olan nəslə çatdırmaq və onlarda Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirməkdir.

Tədbirdə 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri ədəbi-bədii kompozisiya göstərib, Xocalıya həsr olunmuş şeirlər səsləndiriblər. Bundan əlavə, hər il olduğu kimi məktəbin foyesində “Xocalı faciəsi uşaq yaradıcılığında” mövzusunda şagirdlərin rəsm əsərlərindən ibarət sərgi təşkil olunmuşdur.

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here