“Sabahın alimləri” adlı növbəti VII Respublika Müsabiqəsi keçirilib

0

Bakı şəhərində  “Sabahın alimləri” adlı növbəti  VII Respublika Müsabiqəsi keçirilib. Həmin müsabiqədə 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri uğurla iştirak edərək  diplom və sertifikatlarla təltif olunub.

 

Qeyd edək ki, müsabiqənin məqsədi yuxarı sinif şagirdlərinin elmi nailiyyətlərini nümayiş etdirməsinə, müasir düşüncə tərzinin formalaşmasına imkan yaratmaq, onları tədqiqatyönlü fəaliyyətə cəlb etmək və hər il ABŞ-da keçirilən İnteI İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.

 

 

Təhsil Nazirliyinin  əsas təşkilatçılığı, Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birgə təşkil olunan müsabiqədə bu il 8 nominasiya üzrə 79 şagird tərəfindən hazırlanan 46 layihə münsiflər heyəti tərəfindən seçilib, qaliblər diplom və medallarla təltif olunublar.

 

 

132-134 nömrəli Təhsil Kompleksinin 11-ci sinif şagirdləri  Abbaslı Ərkan Əbülfəz oğlu və Ağakişi Heydər Vahid oğlu «Zəfəranın gözün ağlı qişasında rolu» mövzusu ilə iştirak etdikləri  “Sabahın alimləri” müsabiqəsində Tibb və sağlamlıq nominasiyası üzrə III yerə layiq görülmüşlər. Eyni zamanda şagirdlərimizdən Məmmədova Fatimə Kamal qızı və Məmmədov Asif Elşad oğlu Ekologiya, ətraf mühitin idarə olunması nominasiyası üzrə xüsusi sertifikatlarla təltif olunmuşdurlar. Şagirdlərimizi əldə etdikləri nəaliyyətlərə görə təbrik edir edirik.

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here