132-134 nömrəli Təhsil Kompleksində ənənəvi məzun günü keçirilib

0

Bakının Səbail rayonundakı 132-134 nömrəli Təhsil Kompleksində ənənəvi məzun günü keçirilib. Təhsil Kompleksini müxtəlif illərdə bitirmiş məzunların iştirak etdikləri tədbirdə məktəbin direktoru, əməkdar müəllim Sara Xanlarova müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb. Direktor Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizin çox sürətlə inkişaf etdiyini, beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini diqqətə çatdırıb. Müasir dünyada təhsilin mühüm rolunu qeyd edən S.Xanlarova bu sahə ilə bağlı imzalanan sənədlərin əhəmiyyətindən danışıb. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil sahəsində həyata keçirilən layihələrin əhəmiyyətini diqqətə çatdırıb.

Tədbirdə təhsil kompleksinin inkişaf mərhələləri, fəaliyyəti, qazanılan uğurlar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, 2010-cu ildə Prezident İlham Əliyevin tapşırığı ilə məktəbin binası əsaslı şəkildə təmir olunub və müasir avadanlıqla təchiz edilib.

Bu təhsil müəssisəsinin məzunları arasından görkəmli elm və mədəniyyət xadimləri, ictimai xadimlər çıxıblar. Dünya şöhrətli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyeva, general Akim Abbasov, xalq artisti Leyla Bədirbəyli və digər məşhur şəxsiyyətlər bu məktəbin məzunları olublar.

Məktəbin məzunları çıxış edərək Təhsil Kompleksinin uğurlarından sonsuz qürur hissi keçirdiklərini bildirib, müəllim və şagirdlərə təhsildə yeni nailiyyətlər arzulayıblar.

Mərasim konsert proqramı ilə davam etdirilib.

 

 

 

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here