132-134 nömrəli Təhsil Kompleksində Narkomaniya əleyhinə maarifləndirici tədbir keçirilib

0

132-134 nömrəli Təhsil Kompleksində Səbail Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı, ekspert və mütəxəssislərin iştirakı ilə Narkomaniya əleyhinə maarifləndirici tədbir keçirilib. Hər il mütəmadi olaraq təşkil olunan bu tədbirlərdə məqsəd bu gün dinləyici qismində olan şagirdlərin gələcək həyatlarında düzgün qərarlar vermələrinə və sağlam həyat tərzi keçirmələrinə nail olmaqdır.

Tədbirdə yeniyetmələrə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verilib.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilərək, onları maraqlandıran suallar cavablandırılıb, narkomaniyanın fəsadları ilə bağlı film nümayiş etdirilib və hər bir iştirakçıya narkomaniyanın fəsadlarını göstərən kitabçalar paylanılıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here