132-134 nömrəli Təhsil Kompleksi “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” layihəsi çərçivəsində məktəbimiz 3 diplomla təltif olunub

0

132-134 nömrəli Təhsil Kompleksinin uğurlu fəaliyyəti nəticəsində burada təhsil alan şagirdlərin əldə etdikləri nailiyyətlər milli təhsilin inkişafının təməlində bilik, bacarıq və təşəbbüskarlığın dayandığını bir daha sübut edir. Belə ki, ötən ay keçirilən “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkəsi” layihəsi çərçivəsində Təhsil Kompleksi 3 diplomla təltif olunub.
132-134 nömrəli Təhsil Kompleksinin şagirdlərinə ətraf mühitin mühafizəsi tədbirlərində fəal iştirakına və əzimkarlıqlarına görə təşəkkür edirik.

Qey edək ki, Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən 2017-ci ilin fevral ayından etibarən başlayan bu layihədə Bakı şəhərinin 300 ümumtəhsil məktəbindən 40 məktəb final mərhələsində iştirak etmişdir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here