132-134 nömrəli Təhsil Kompleksində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

0

132-134 nömrəli Təhsil Kompleksində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr edilmiş tədbir keçirilmiş, şəhidlərin əziz xatirəsi anılmışdır.

Təhsil Kompleksində həmin gün ilk dərslər 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuşdur.

 

 
Tədbirdə məktəbin direktoru, Əməkdar müəllim Sara Xanlarova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusunun şəhər və rayonlarımızda, xüsusilə Bakıda törətdiyi qanlı faciələrdən bəhs etmişdir. Bildirmişdir ki, qanlı hadisədən 28 il keçir, lakin o müdhiş gecə heç zaman yaddan çıxmayacaqdır.
Direktor xatırlatmışdır ki, xalqımızın müdrik oğlu, ulu öndər Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək bu qanlı faciəyə qarşı kəskin etirazını bildirmişdir.

 

 
Qara Yanvarda gülləyə tuş gələn insanlar arasında məktəblilərin də olduğunu qeyd edən S.Xanlarova diqqətə çatdırmışdır ki, 13 yaşlı şəhid Larisa Məmmədova məktəbimizin şagirdi idi.
Tədbirdə direktor şəhidlərin əziz xatirəsinin əbədiyaşar olduğunu vurğulamışdır.
Məktəbin şagirdlərinin çəkdikləri “20 Yanvar-28 il!” adlı qısametrajlı film nümayiş etdirilmişdir.
Sonra mövzu ilə bağlı ədəbi-bədii kompozisiya və məktəblilərin əl işlərindən ibarət “Qanlı Yanvar” adlı sərgi nümayiş etdirilmişdir.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here