Dövlət Müstəqilliyi Günü qeyd olunub

0

132-134 nömrəli Təhsil Kompleksində Azərbaycan Respublikasının  Dövlət Müstəqilliyi  Gününə həsr olunan tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib.

 

 

Tədbirdə  Dövlət Müstəqilliyi Günü ilə bağlı şagirdlərə məlumat verilib. Belə ki, oktyabrın 18-i Azərbaycanın tarixində ən əlamətdar günlərdən biridir. Azərbaycan Respublikasının Ali Soveti 1991-ci ildə yaranan tarixi şəraitin nəticəsi olaraq oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Lakin dövlət müstəqilliyinin ilkin mərhələsində xalqımız böyük çətinliklərlə üzləşib, ağır sınaqlardan keçib. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət müstəqilliyi qorunub saxlanılıb, möhkəmləndirilib, dönməz və əbədi xarakter alıb, respublikamız sürətli inkişaf yoluna qədəm qoyub. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində demokratik, hüquqi dövlətçilik prinsipləri bərqərar edilib.

 

 

Azərbaycan xalqı üçün də əvəzolunmaz nemət olan müstəqilliyin görkəmli dövlət xadimi Heydər Əliyev siyasi kursunun ləyaqətli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi şagirdlərin diqqətinə çatdırılıb.

Sonra Dövlət Müstəqilliyi Gününə həsr edilən film nümayiş olunub. Şagirdlərin haszırladıqları bədii kompozisiya maraqla qarşılanıb.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here