Zahid Xəlilin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

0

Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin təşəbbüsü ilə 132-134 nömrəli Təhsil Kompleksində Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Zahid Xəlilin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

 

 
Tədbiri giriş sözü ilə Təhsil Kompleksinin direktoru, Respublikanın əməkdar müəllimi Sara Xanlarova açdı və bildirdi ki, bugünkü tədbirin keçirilməsində əsas məqsəd Zahid Xəlilin həyat və yaradıcılığı ilə uşaqları tanış etmək, gənc nəslin bədii-estetik zövqünün formalaşmasında mütaliəyə maraq oyatmaqdan ibarətdir.

 


Tədbirdə ibtidai sinif şagirdlərinin ifasında “Qoy sərbəst böyüsün bizim balalar”, ”Heyvanların nəğməsi”, “Hərflər” adlı şeir kompozisiyası, səhnəciklər və Zahid Xəlilin həyat və yaradıcılığına həsr olunmuş videocarx nümayiş etdirilib. Sözləri Zahid Xəlilə aid olan “Sülh quşuyuq biz” mahnısı səsləndirilib.

 


Sonda şagirdlərə fəal çıxışlarına görə diplomlar, Zahid Xəlilin yazdığı şeir və nağıl kitabları hədiyyə olunub.

 

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here