Lev Nikolayeviç Qumilyovun anadan olmasının 105 illiyinə həsr olunmuş tədbir keçirilib

0

132-134 nömrəli Təhsil Kompleksində istedadlı rus alim-şərqşünas, yazıçı və tərcüməçi Lev Nikolayeviç Qumilyovun anadan olmasının 105 illiyinə həsr olunmuş  “Gumilovun qiraət gecəsi” adlı tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Respublikanın əməkdar müəllimi Sara Xanlarova açaraq bugünkü tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. S.Xanlarova  Lev Gumilyovun, Nikolay Gumilyov və Anny Ahmatovanın yaradıcılığının gələcək nəsilə çatdırılmasının zəruri olduğunu qeyd edib.

Sonra Rusiyanın Azərbaycandakı səfirinin ikinci katibi Oksana Orlova  bildirib ki, Lev Nikolayeviç Qumilyov 1912-ci il oktyabrın 1-də Rusiyanın Tsarskoe Selo əyalətində şairə Anna Axmatova və yazıçı Nikolay Qumilyovun ailəsində doğulub. Uşaqlığı Tversk quberniyasının Slepnevo Bejetsko adlanan ərazisində, nənəsinin himayəsində keçib. 1917-ci ildə ailəsi əyaləti tərk edərək, Bejetsk şəhərində məskunlaşıb. 1929-cu ilə qədər buradakı orta məktəbdə oxuyub.

 

L. Qumilyov hələ orta məktəbdə oxuyanda məktəb müəlimləri və şagirdləri tərəfindən özünə qarşı “ağ qarğa” münasibəti görürdü. Onu “akademik kulaklıq”da ittiham edirdilər – guya o, öz biliyi, uğurları ilə özünü hamıdan üstün tutur, başqalarından fərqlənmək istəyir. Orta məktəbin sonuncu sinfini Lev Qumilyov Leninqradda, Krasnoarmeyets küçəsindəki 67 saylı məktəbdə bitirdi. 1933-cü ildə Lev Qumilyov Krıma yollanır. Burada o, Litva tatarlarından olan Q.A. Bonç-Osmolovskinin arxeoloji ekspedisiyasının elmi-texniki işçisi olur. Payızda Lev Qumilyov Leninqrada qayıdır və Geoloji İnstitutda elmi-texniki işçi kimi işə başlayır. O, 1944-cü ildə Leninqrad Universitetinin tarix fakültəsinə qəbul olunur. Burada Lev V.V Struyevin, E.V. Tarlenin, S.İ. Kovalyovun tarix barədə mühazirələrinə qulaq asır. Lev Qumilyov  1935-ci ildə həbs edilir. Oğlunun həbsindən sonra Anna Axmatova Stalinə müraciət edir və həm öz oğlunu, həm də onunla birlikdə həbs olunan digər tələbələrin həyatını xilas edə bilir. Lev və tələbə yoldaşları “hərəkətləri cinayət tərkibli olmadığından” azadlığa buraxılırlar. Buna baxmayaraq, onu universitetdən xaric edirlər. Bu vaxtlar o, Şərqşünaslıq İnstitutunun Leninqrad şöbəsinə müntəzəm olaraq baş çəkir və burada müstəqil şəkildə qədim türklərin tarixi haqda yazılı mənbələrlə tanış olur. 1937-ci ildə onu Leninqrad Dövlət Universitetinə bərpa edirlər. 1938-ci ilin əvvəllərində tələbə Lev Qumilyov yenidən həbs olunur. Bu dəfə ona beş il həbs cəzası kəsirlər. Həbs müddətini Norilskdə, Norillaqedə çəkir, miss-nikel şaxtasında işləyir. Onun həbs müddəti 1943-cü ildə bitir, amma şəhərdən çıxmaq üçün icazə ala bilmədiyi üçün elə oradaca qalır. Həmin müddətdə Norillaqedə və Norilskdə texnik-geoloq kimi çalışır.

1947-ci ildə Lev Qumilyov kitabxanaçı qismində Leninqrad psixoterapevtik xəstəxanasına işə düzəlir və xəstəxananın ona  verdiyi  müsbət  xasiyyətnamə  sayəsində  1948-ci ildə Leninqrad Dövlət  Universitetində  namizədlik dissertasiyasının  müdafiəsinə  buraxılır.

1948-ci ilin yazında Lev Qumilyov S. İ. Rudenkonun rəhbərliyi altında, “Pazırık” kurqanının qazıntıları üçün Altayda aparılan arxeoloji ekspedisiyada elmi işçi kimi iştirak edir. Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra, “SSRİ xalqlarının etnoqrafiyası muzeyi”nə elmi işçi kimi işə qəbul olunur.

Bir sözlə, Lev Qumilyovun xidmətlərini – həm pedoqoji, həm də elmi – inadlı şəkildə kölgədə qoyurdular. Bunun ən bariz sübutlarından biri Lev Qumilyova nəinki hansısa fəxri adlar və ya mükafatların, heç professor elmi dərəcəsinin belə verilməməsidir.

Amma 1959-cu ildən bəri onun əsərləri az tirajla da olsa, nəşr edilirdi. Həmin vaxtdan sonra o, Ümumittifaq Coğrafiya Cəmiyyətinin Leninqrad şöbəsində işə başlamışdı. Cəmiyyətin çıxardığı topluların vasitəsilə o, qadağan olunmuş elmi işlərini çap edə bilirdi. İkinci doktorluq dissertasiyasından sonra, elmi “hakimiyyət” LDU-nin jurnalında L. Qumilyovun yazılarının nəşrinə qadağa qoymuşdu.

Lev Qumilyovu ancaq şərti olaraq, tarixçi adlandırmaq olar. O, dərin, üslub baxımından  olduqca  yenilikçi araşdırmaların müəllifi idi. Levin tarixini araşdırdığı xalqlar və tayfalar arasında Orta və Mərkəzi Asiyadakı köçərilər, Tibet və Pamir xalqları, qədim ruslar, türklər və s. vardı. Lev Qumilyov 1992-ci ilin 15 aprelində vəfat edib.

 

Bakı  Lev Nikolayeviç Qumilyov Mərkəzinin Moskva filialının təşəbbüsü ilə “Luç” ədəbi-bədii birliyinin və Təhsil Kompleksinin birgə təşkil etdikləri tədbirdə Lev Nikolayeviç Qumilyov, yazıçı Nikolay Qumilyov, şairə Anna Axmatovanın şeirləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Slavyan Universitetinin tələbələrinin və Təhsil Kompleksinin şagirdləri tərəfindən səsləndirilib.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin