Bakının 132-134 nömrəli Təhsil Kompleksində ənənəvi “İtaliya günü” keçirilib

0

Əvvəlcə Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndirilib.

5
132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Əməkdar Müəllim Sara Xanlarova tədbiri giriş sözü ilə açaraq rəhbərlik etdiyi təhsil kompleksinin fəaliyyətindən, beynəlxalq əlaqələrindən, burada müxtəlif dillərin tədris olunmasından ətraflı danışmışdır.

4 15

Təhsil müəssisəsinin nəzdindəki “Ana məktəb”də iki il bundan əvvəl reallaşdırılmasına başlanılmış “Gələcəyin məktəbi” adlı çoxmədəniyyətli və çoxdilli təhsil layihəsi barədə məlumat vermişdir. İlk beynəlxalq status almış dövlət məktəbi kimi bu təhsil müəssisəsi şagirdlərə bir neçə xarici dilin öyrədilməsini qarşısına məqsəd qoymuşdur. Belə ki, burada məktəblilərə rus, fransız, ərəb, ingilis və italyan dilləri mükəmməl şəkildə öyrədilir. S.Xanlarova italyan dilinin tədris olunduğunu bildirərək bundan məmnunluq hissi keçirdiyini bildirmişdir. Belə ki, bu layihə İtaliya və Azərbaycan dövlətləri arasında təhsil sahəsində qurulmuş əməkdaşlığın gələcəkdə daha da genişlənməsi üçün zəmin yaradır.

1 6

İtaliyanın Bakıdakı səfiri Ciampaolo Kutillo öz ölkəsi ilə Azərbaycan arasındakı təhsil əlaqələrinin genişlənəcəyinə əminliyini vurğulayıb. Səfir Təhsil Kompleksində italyan dilinin tədris olunmasının əhəmiyyətini diqqətə çatdırıb və məktəbdə həyata keçirilən müvafiq layihənin uğurlu nəticələri olacağına inamını ifadə edib.

14 10
“Moda və Dizayn” mövzusunda hazırlanmış bədii hissədə şagirdlər italyan dilində mahnılar ifa edib, şeirlər söyləyiblər. Sonra qonaqlar məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

11

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here