132-134 nömrəli Təhsil Kompleksində “Qələbəyə Doğru” adlı tədbir keçirilib

0

Cəbhə xəttində ermənilərin Azərbaycana qarşı təxribatı nəticəsində həlak olmuş hərbçilərimizin, mülki vətəndaşlarımızın xatirəsini anmaq və qəhrəman ordumuza dəstək məqsədilə 132-134 nömrəli Təhsil Kompleksində tədbir keçirilib.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib.

received_10205767702219899 received_10205767715460230

Tədbirdə çıxış edən 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova şəhidlərin ailələrinə və xalqımıza səbir diləyib, bizim münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğumuzu, lakin Ermənistanın öz işğalçı mövqeyindən əl çəkmədiyini vurğulayıb.Bildirib ki, ordumuz təkcə təxribatın qarşısını almaqla kifayətlənməyib, eyni zamanda, işğal olunmuş ərazilərdə bir sıra strateji yaşayış məntəqələri və yüksəkliklər azad edilib. S.Xanlarova qeyd edib ki, düşmənə bir qarış torpaq belə güzəştə getməyən güclü ordumuz tərəfindən əldə olunmuş bütün bu nailiyyətlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gündən-günə inkişaf edən, maddi-texniki bazası gücləndirilən Silahlı Qüvvələrimizin və bütövlükdə bütün xalqımızın növbəti uğurudur. Azərbaycan ordusunun qüdrəti bütün xalqımızda böyük ruh yüksəkliyi və qələbəyə inam yaradıb.

received_10205767715740237 received_10205767694419704

132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri təxribatçı düşmənə layiqli cavab verən ordumuzla, əsgərlərimizlə fəxr etdiklərini və hər zaman vətənin keşiyində durmağa hazır olduqlarını bildiriblər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin