“Xocalı harayı” mövzusunda tədbir keçirilib

0

Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində Qərb Universiteti ilə birgə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş “Xocalı harayı” mövzusunda tədbir keçirilib.

_85A8309 (1) _85A8425

                                   _85A8354

Əvvəlcə faciə qurbanlarının xatirəsi anılıb.

Tədbirdə Qərb Universitetinin siyasi elmlər fakültəsinin  müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Rauf Həsənov ermənilərin əsrlər boyu torpaqlarımızda günahsız qanlar axıtdıqlarını diqqətə çatdırıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə düşmənin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə törətdiyi Xocalı soyqırımından danışan R.Həsənov qeyd edib ki, bu faciə tarixin qara səhifəsindən silinməyəcək.

_85A8452 _85A8320

XX əsrin ən dəhşətli faciəsi olan Xocalı qətliamının xalqımıza və bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu vurğulayan R.Həsənov ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu soyqırımına siyasi-hüquqi qiymət verildiyini söyləyib.

_85A8330 _85A8339

Digər çıxış edənlər arasında qərb dilləri fakültəsinin 2 kurs tələbələri  İlkanə Bağırova və Alı Əliyev  də Xocalı faciəsinin dəhşətlərindən bəhs ediblər. Bildiriblər ki, Xocalı qırğını zamanı 613 nəfər ermənilər tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilib, səkkiz ailə məhv edilib, yüzlərlə sakin əsir və girov götürülüb.

                                       _85A8298

Tədbirdə Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyəti vurğulanıb.

_85A8390 _85A8343

Sonra şagirdlər ədəbi-bədii kompozisiya göstərib, Xocalıya həsr olunmuş şeirlər səsləndiriblər.

_85A8473 14564812672443638646_1000x669

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here