Fransa səfiri 132-134 nömrəli Təhsil Kompleksində olub

0

132-134 nömrəli Təhsil Kompleksində Fransanın ölkəmizdəki səfirliyi ilə birlikdə “Fransa Günü” adlı növbəti tədbir keçirilib. Tədbirin rəsmi hissəsini açıq elan edən 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova çıxış edərək rəhbərlik etdiyi təhsil kompleksinin fəaliyyətindən, beynəlxalq əlaqələrindən, burada müxtəlif dillərin tədris olunmasından ətraflı danışmışdır.

2 8

18 23

S.Xanlarova həmçinin bu tədbirin təhsil müəssisəsinin həyatında əhəmiyyətini vurğulayıb: “Dünyanın ən nüfuzlu dillərindən biri olan fransız dilinin məktəbimizdə ən yüksək səviyyədə tədris olunması və Fransız modeli olan “Ana məktəb” layihəsinin həyata keçirilməsi bizim üçün çox böyük uğurdur”.

 30 13
Fransanın Azərbaycandakı Səfiri xanım Orelia Buşez bu görüş zamanı, səfirlik ilə 132-134 nömrəli Təhsil Kompleksi arasındakı aktiv əməkdaşlığı vurğulayaraq, bu münasibətləri daha da sıxlaşdırmaq üçün gələcəkdə də əməkdaşlığın davam etdirilməsinin vacibliyini bildirib.

                                           10

9 12

S.Xanlarova Fransa səfirliyi tərəfindən kompleksə daim göstərilən dəstəyə görə səfirə təşəkkürünü bildirib. Tədbir şagirdlərin ifasında bədii hissə ilə davam edib.

87 40

53 14

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here