132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri Hərb Tarixi Muzeyində ekskursiyada olmuşlar

0

Bu gün inkişaf edən müasir ordumuzun, Silahlı Qüvvələrimizin şanlı tarixinin təbliğ edilməsi, gənclərimiz arasında təbliğ edilməsi ,onlarda hərbi vətənpərlik tərbiyəsinin aşılanması əsas və vacib şərtlərdən biridir. Hər bir gənc öz ölkəsinin hərb tarixinə, azadlıq uğrunda aparılan mübarizədə hərbçilərimizin keçdiyi yola yaxından bələd olmalıdır. Bu baxımdan 132-134 nömrəli Təhsil Kompleksinin rəhbərliyi və fiziki tərbiyə kafedrasının müəllimi Sona Cəfərovanın təşəbbüsü ilə 10A sinif şagirdlərinin N sayli hərbi hissədə fəaliyyət göstərən Azərbaycan Respublikası Müdafiyə Nazirliyi Hərb Tarixi Muzeyində ekskursiyada olmuşlar.Sinif rəhbəri Tamilla Qasımova və Hərbi Rəhbər Rafiq Bayramovun başçılığı ilə heyyət Hərbi Hazırliq dərsini Hərb Muzeyində həyata keçirmişdilər.

                                                                            5
Muzeyin həyətinə daxil olarkən açıq səma altındakı ekspozisiya diqqətimizi cəlb etdi. Ekspozisiyada nümayiş olunan, İkinci Dünya müharibəsi, Qarabağ uğrunda döyüşlərdə istifadə olunan 130-dan çox hərbi texnika daha böyük maraq doğururdu. Silahlı Qüvvələrimizin tarixi barədə təkcə onu demək kifayətdir ki, muzeyin fondunda 11304 ədəd eksponat qorunub saxlanılır.

                                                                             9

Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə gənclərin vətənpərvər ruhda tərbiyəsində muzeyin rolu və fəaliyyəti barədə ətraflı  məlumat verdi.

                                                                                  7
“Heydər Əliyev və ordu quruculuğu”, “Qədim və Orta əsrlər dövrü”, “Xanlıqlar dövrü”, “1801-1918-ci illər dövrü”, “1920-1939-cu illər dövrü”, “1939-cu 1945-ci illər dövrü”, tarixi şəxsiyyərlər,sərkərdələr haqqında canlı ekspozisiyalar , “Quru qoşunlar”, “Hərbi dəniz qüvvələri”, “Hərbi hava qüvvələri” adlı ekspozisiya və acıq hava altında canlı texnika şagirdlər tərəfindən cox maraqla qarşılandı .

                       10  6
İki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun idarə etdiyi 17 nömrəli tankın, Azərbaycanın Milli Qəhrəmanı, tank komandiri Albert Aqarunovun idarə etdiyi tankı bu ekspozisiyada görmək şagirdlərin böyük marağına səbəb oldu. Bundan başqa Quru qoşunları, Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinə məxsus texnikalar da çox maraqlı idi. Ekskursiydan şagirdlər böyük  təəssüratla qayıtdilar .

                        1 22

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here