132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

0

132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Qeyd edək ki, ziyarətə gələn şagirdlərə Heydər Əliyev Mərkəzi barədə geniş məlumat verilib.

10  7

3  8

Bildirilib ki, Mərkəz Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına xidmət edən layihələr həyata keçirir. Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi ilə tanışlıq da şagirdlərdə böyük maraq doğurub.

                                                   9
Qeyd edilib ki, muzey ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində istifadəyə verilib. Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Burada Heydər Əliyevin həyat yolu, onun barəsində maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. Bildirilib ki, muzey forma ilə yanaşı, məzmun orijinallığı ilə də seçilir. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir. Muzeyin ən maraqlı bölmələrindən biri də Heydər Əliyevin müxtəlif ölkə rəhbərləri ilə görüşlərini əks etdirən multimedia zalıdır. 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrılıblar.

                                                         1

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here