132-134 nömrəli Təhsil Kompleksində “Rusiya Günü” keçirildi

0

Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində “Rusiya Günü” adlı tədbir keçirildi. Tədbir başlamazdan öncə Azərbaycan Respublikasının və Rusiya dövlətinin himnləri səsləndirildi. Sonra tədbiri Təhsil Kompleksinin direktoru, respublikanın əməkdar müəllimi Sara Xanlarova açdı və rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyətindən, beynəlxalq əlaqələrindən, burada müxtəlif dillərin tədris olunmasından danışdı.

10 2

Qeyd olundu ki, ilk beynəlxalq status almış dövlət məktəbi kimi bu təhsil müəssisəsi şagirdlərə bir neçə xarici dilin öyrədilməsini qarşıya məqsəd qoymuşdur. Burada məktəblilərə rus, fransız, ərəb və ingilis dilləri mükəmməl şəkildə öyrədilir.

4 8

Direktor çıxışında bildirdi ki, indiyə qədər Təhsil Kompleksində “İtaliya Günü”nə “Fransa Günü”nə həsr olunmuş tədbirlər keçirilmiş, şagirdlər həmin ölkələrin tarixi, mədəniyyəti haqqında öz biliklərini şeir, mahnı, rəqs, səhnəciklərlə qonaqlara daha yaxından nümayiş etdirmiş, həmçinin İtaliya, Fransa milli mətbəxlərinə yaxından bələd olmuşlar. Bu tədbirin keçrilməsi artıq ənənə halını almışdır. Bu günkü tədbirin keçirilməsində əsas məqsəd Rusiya dövlətinin tarixi, onun maraqlı mədəniyəti, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də yaranmış geniş əlaqələrindən bəhs edərək şagirdlərə ətraflı məlumat vermək və maarifləndirməkdən ibarətdir. Bundan başqa tədbir çərçivəsində şagirdlər Rusiya dövlətinin zəngin mətbəxi ilə də tanış olmaq imkanını əldə edəcəklər.

Sonra Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən Ana Məktəb barədədə qonaqlara  məlumat verildi və bildirildi ki, bu təhsil modeli fransız təhsil sisteminin bir nümunəsidir. Modelin əsas məqsədi uşaqların 3 yaşdan tam məktəb təliminə hazırlanması və erkən yaş dövründən xarici dillərin öyrədilməsindən ibarətdir.

6 7
Rusiyanın Azərbaycandakı səfirliyinin böyük məsləhətçisi Aleksandr Qladkov çıxış edərək Rusiya -Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu bildirdi.

                                              5

Həmçinin hər iki ölkə arasında təhsil sahəsindəki uğurlu əməkdaşlığı xüsusi vurğulayaraq bu təhsil əlaqələrinin daha da artacağına öz əminliyini ifadə etdi.132-134 nömrəli Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən Ana Məktəbin fəaliyyətini də yüksək qiymətləndirdi.

11     1
Sonra Ana Məktəb şagirdlərinin rus dilində hazırladıqları bədii kompozisiya nümayiş olundu.

                                         3

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here