132-134 nömrəli Təhsil Kompleksində 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illiyinə həsr olunan görüş keçirilib

0

Tədbiri giriş sözü ilə 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, respublikanın əməkdar müəllimi Sara Xanlarova açaraq, bütün veteranları qarşıdan gələn 9 may – Qələbə Günü münasibətilə təbrik edib. 1941-1945-ci illər müharibəsində qələbənin qazanılmasında bu insanların rolunu xüsusi vurğulayıb.

3 1
Müharibə veteranlarının da iştirak etdiyi görüşdə S.Xanlarova 1941-1945-ci illər müharibəsində faşizm üzərində qələbədə Azərbaycanın yeri və rolundan söz açıb, xalqımızın həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaətlər göstərdiyini söyləyib. Qeyd edib ki, 1941-1945-ci illər müharibəsində Azərbaycandan orduya 700 minədək insan səfərbər olub, İkinci Dünya müharibəsində döyüşən ordunun yanacaqla təminatında və faşizm üzərində Qələbədə Bakı neftinin, xalqımızın xüsusi yeri və rolu vardır.

15 13
Prezident İlham Əliyevin hər il Qələbə Günü münasibətilə müharibə veteranları ilə görüşünü xatırladan Sara Xanlarova dövlətimizin başçısının daim bu fədakar insanlara böyük diqqət və qayğı ilə yanaşdığını xüsusi vurğulayıb. Bildirib ki, hər il təhsil müəssisələrində, eləcə də 132-134 nömrəli Təhsil Kompleksində Qələbə Günü və bu tarixi hadisənin gənclərimizə çatdırılması ilə bağlı tədbirlər keçirilir.

14 12
Tədbir şagirdlərin hazırladıqları bədii- musiqili proqramla davam edib.

5 2

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here