132-134 nömrəli Təhsil Kompleksində “Fransa Günü” adlı tədbir keçirilib.

0

Bakının Səbail rayonundakı 132-134 nömrəli Təhsil Kompleksində Fransanın ölkəmizdəki səfirliyi ilə birlikdə “Fransa Günü” adlı növbəti tədbir keçirilib. Tədbirin rəsmi hissəsini açıq elan edən 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova çıxış edərək rəhbərlik etdiyi təhsil kompleksinin fəaliyyətindən, beynəlxalq əlaqələrindən, burada müxtəlif dillərin tədris olunmasından ətraflı danışmışdır.

fransa 4    fransa 3

S.Xanlarova həmçinin bu tədbirin təhsil müəssisəsinin həyatında əhəmiyyətini vurğulayıb: “Dünyanın ən nüfuzlu dillərindən biri olan fransız dilinin məktəbimizdə ən yüksək səviyyədə tədris olunması və Fransız modeli olan “Ana məktəb” layihəsinin həyata keçirilməsi bizim üçün çox böyük uğurdur”.

fransa12  fransa 11

Tədbirdə müəssisəsinin direktoru Sara Xanlarova Fransa hökümətinə və  Fransanın Azərbaycandakı səfiri Paskal Mönyeyə  ona  Fransa Respublikasının  nüfuzlu mükafatlarından biri olan “Akademik Palma” ordeni ilə təltif olunması üçün böyük təşəkkürünü bildirib.

S.Xanlarova Fransa səfirliyi tərəfindən kompleksə daim göstərilən dəstəyə görə səfirə təşəkkürünü bildirib.

fransa 10  fransa 8
P.Mönye diplomatik nümayəndəlik və təhsil müəssisəsi arasında əməkdaşlığın inkişafından məmnun qaldığını deyib: “Fransa Azərbaycanın getdikcə daha vacib tərəfdaşı olur. Şagirdlərin kompleksdə təhsili başa vurduqdan sonra Fransada təhsil almaq imkanları var”.
Sonra şagirdlər hazırladıqları mədəni proqramı təqdim ediblər.

                                                               fransa 7
Qeyd edək ki, tədbir çərçivəsində Fransız mətbəxinin incəlikləri haqqında “Paris –Bistro” restoranının baş aşbazı Tibo Beranın Təhsil Kompleksinin şagirdləri ilə apardığı fikir mübadiləsi də hər kəs tərəfindən maraqla qarşılanıb. Tibo Beran Fransız mətbəxindən hazırladığı dadlı yeməklərə  Təhsil Kompleksinin şagirdlərini qonaq etdi.
Tədbirin yekununda Silvan Şomenin “Les Triplettes de Belleville” fransız filminin nümayişi isə böyük həvəslə izlənilib.

fransa 13  fransa 1

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here