132-134 nömrəli Təhsil Kompleksində Bahar şənliyi keçirildi

0

132-134 nömrəli Təhsil Kompleksində “Novruz gəlir, yaz gəlir, elimizə bahar gəlir” adlı tədbir keçirildi.

10           5
Tədbiri giriş sözü ilə 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, respublikanın əməkdar müəllimi Sara Xanlarova açaraq bildirdi ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Novruz bayramını çox geniş şəkildə – rəsmi dövlət bayramı kimi qeyd edir.

 Xalqımızın ən əziz bayramı olan Novruz yurdumuza qədəm qoyur. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram hər il dövlətimiz tərəfindən yüksək səviyyədə qeyd olunur.

                                                                  2
Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq neçə ildir ki, YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı, xoşməramlı səfir Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramı YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. BMT-nin Baş Məclisi isə martın 21-ni “Beynəlxalq Novruz Günü” elan etmişdir.

                                                 1

7    3

Təhsil Kompleksinin direktoru Sara Xanlarova öz çıxışında bu gün məktəbin həyətində Novruz bayramını şagirdlərə təntənəli şəkildə keçirmək üçün yaratdığı şəraitə görə, Təhsil Kompleksinin kollektivi adından dövlət başçısına minnətdarlığını bildirdi. 2010-cu ildə 150 yaşlı bu tarixi binada ölkə Prezidentinin xüsusi tapşırığı ilə əsaslı şəkildə yenidənqurma işləri aparılması və yenidən şagirdlərin istifadəsinə verilməsi dövlət başçısının təhsilə göstərdiyi diqqət və qayğısının bariz nümunəsi olduğunu xüsusi vurğuladı.

12 11
Qeyd edək ki, 132-134 nömrəli Təhsil Kompleksinin həyətində bayram tonqalı və Novruz süfrəsi qurulmuş, adət-ənənələrimizi özündə əks etdirən guşələr yaradılmış, bayram süfrəsi müxtəlif şirniyyatlar, xonçalar, səmənilərlə bəzədilmişdi.

                                                    6

Tədbir şagirdlərin hazırladıqları musiqili konsert proqramı ilə davam etdirildi.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here