132-134 nömrəli Təhsil Kompleksində təntənəli məzun günü keçirilib

0

Bakının Səbail rayonundakı 132-134 nömrəli Təhsil Kompleksində təntənəli məzun günü keçirilib.

F85A6317 (1) F85A6323 (1)

Təhsil Kompleksini müxtəlif illərdə bitirmiş məzunların iştirak etdikləri tədbirdə məktəbin direktoru, əməkdar müəllim Sara Xanlarova müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.

F85A6346     3

Direktor Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizin çox sürətlə inkişaf etdiyini, beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini diqqətə çatdırıb. Müasir dünyada təhsilin mühüm rolunu qeyd edən S.Xanlarova bu sahə ilə bağlı imzalanan sənədlərin əhəmiyyətindən danışıb. Direktor Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil sahəsində həyata keçirilən layihələrin əhəmiyyətini diqqətə çatdırıb.

Təhsil Kompleksinin inkişaf mərhələləri, fəaliyyəti, qazanılan uğurlar barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, 2010-cu ildə Prezident İlham Əliyevin tapşırığı ilə məktəbin binası əsaslı şəkildə təmir olunub və müasir avadanlıqla təchiz edilib.

Bu təhsil müəssisəsinin məzunları arasından görkəmli elm və mədəniyyət xadimləri, ictimai xadimlər çıxıblar. Dünya şöhrətli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyeva, general Akim Abbasov, xalq artisti Leyla Bədirbəyli və digər məşhur şəxsiyyətlər bu məktəbin məzunları olublar.

Təhsil Kompleksi 1999-cu ildən UNESCO-nun assosiativ məktəblər şəbəkəsinə daxil edilib. Məktəb dünyanın bir sıra ölkələri, o cümlədən Türkiyə, ABŞ, Fransa, Rusiya, İtaliyanın təhsil müəssisələri ilə əməkdaşlıq edir.

2014-cü ildə Təhsil Kompleksini bitirən məzunlardan dördü qızıl, ikisi gümüş medala layiq görülüb.

S.Xanlarova bildirib ki, Təhsil Kompleksi şagirdlərə bir neçə xarici dilin öyrədilməsini qarşıya məqsəd qoyub. Burada məktəblilərə rus, fransız, ərəb, ingilis, italyan dilləri mükəmməl şəkildə öyrədilir.

Məktəbin məzunu, xalq rəssamı Ağəli İbrahimov və başqaları Təhsil Kompleksinin uğurlarından sonsuz qürur hissi keçirdiklərini bildirib, müəllim və şagirdlərə təhsildə yeni nailiyyətlər arzulayıblar.

Tədbir maraqlı konsert proqramı ilə başa çatıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here