Sara Xanlarova: Prezidentin Sərəncamı böyük razılıq doğurub

0

Azərbaycan Prezidenti İlham Əliyevin “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında” 2015-ci il 16 yanvar tarixli Sərəncamı böyük razılıq doğurub.

Bu sözləri Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova AzərTAc-a eksklüziv müsahibəsində bildirib.

Sərəncamın əhəmiyyətindən danışan S.Xanlarova deyib: “Prezident İlham Əliyevin müvafiq Sərəncamı müəllim əməyinə göstərilən böyük diqqət və qayğının daha bir təzahürüdür. Bu sənəd müəllimlərin əməkhaqqının artırılması, təhsilimizin inkişafı üçün çox önəmlidir.

Müəllim əməyinə göstərilən böyük diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk”.

http://azertag.az/xeber/826059

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin