132-134 nömrəli Təhsil Kompleksində “Son Zəng” tədbiri keçirildi

0

                                                          2

132-134 nömrəli Təhsil Kompleksində “Son Zəng” tədbiri keçirildi. Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

Sonra, 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, respublikanın əməkdar müəllimi Sara Xanlarova çıxış edərək, bu ilki məzunları təbrik etdi və onlara müstəqil həyatda atacaqları addımlarda bol müvəffəqiyyətlər arzuladı.

                97

S. Xanlarova çıxış edərək, Ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışaraq, Azərbaycanda təhsilə qayğının ən yüksək səviyyədə olduğunu, bu sahədə həyata keçirilən hər bir islahatın, baş verən hər bir hadisələrin ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmış olduğunu diqqətə çatdırdı. Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin uğurlu siyasətini layiqincə davam etdirən İlham Əliyevin gərgin əməyi nəticəsində bu gün Azərbaycan müstəqil, ədalətli, demokratik, dünyəvi dövlət kimi daim irəliləyir. Sara Xanlarova çıxışında xüsusi olaraq onu da qeyd etdi ki, 2010-cu ildə 150 yaşlı bu tarixi binada ölkə Prezidentinin xüsusi tapşırığı ilə əsaslı şəkildə yenidənqurma işləri aparılması və yenidən şagirdlərin istifadəsinə verilməsi dövlət başçısının təhsilə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. Çıxışının sonunda 132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova Təhsil Kompleksinin kollektivi adından ölkə rəhbərliyinə minnətdarlığını bildirdi.

       45

Sonra, Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlər, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın da təhsilin inkişafı istiqamətindəki fəaliyyəti barədə danışmışdır.

Asif Əsgərov müstəqil həyatın astanasında duran məzunlara uğurlar diləyərək, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulamışdır.

Tədbir məktəblilərin musiqili-bədii çıxışları ilə davam etmişdir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin