132-134 nömrəli Təhsil Kompleksində “Dəyirmi Masa” keçirildi

0

                                                        OLYMPUS DIGITAL CAMERA

 132-134 nömrəli Təhsil Kompleksində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbirlər bu gün də davam edib. Təhsil Kompleksində dahi şəxsiyyətin əziz xatirəsinə həsr olunmuş “Dəyirmi Masa” keçirilib. “Dəyirmi Masa” da şagirdlərə müəllimlər tərəfindən Ulu Öndərin həyat və fəaliyyəti barədə geniş məlumat verilib. Ulu Öndərin şərəfli ömür yolunun bütün nəsillərə örnək olduğu vurğulanıb, böyük rəhbərin adının xalqımızın mənəvi bütövlüyünün və birliyinin rəmzinə çevrildiyini, onun xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı diqqətə çatdırılıb.

OLYMPUS DIGITAL CAMERA

Təşkil olunmuş “Dəyirmi Masa” çərçivəsində məktəblilər Heydər Əliyevin fəaliyyəti ilə bağlı hazırlanmış referatlar təqdim etmişlər.

Sonda məktəblilər tərəfindən hazırlanan slaydlar nümayiş etdirilib.

                                                                      studio

Ümummillli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar tədbir 132-134 nömrəli Təhsil Kompleksinin nəzdində yaradılmış Lokal Telestudiyada davam etdirilib. Bu studiyadan şagirdlər məktəbin daxilində quraşdırılmış monitorlar vasitəsilə canlı yayımla efirdə olmuş və dahi şəxsiyyətin həyat və fəaliyyəti haqqında məktəbin şagird və müəllim heyətinə geniş məlumat vermiş, şeirlər söyləmişlər.

                                                                             OLYMPUS DIGITAL CAMERA

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin