Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir

0

                           100

Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmiş, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

sekil97sekil 99

132-134 nömrəli Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova çıxış edərək ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan söhbət açmış, Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərini minnətdarlıqla xatırlamışdır. S. Xanlarova bildirmişdir ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin inkişafı, xalqın gələcəyi naminə əlindən gələni etmişdir. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin uğurlu siyasətini layiqincə davam etdirən İlham Əliyevin gərgin səyi nəticəsində bu gün Azərbaycan müstəqil, ədalətli, demokratik, dünyəvi dövlət kimi daim irəliləyir. Bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır.

                                                  102

Sara Xanlarova çıxışında xüsusi olaraq onu da qeyd etdi ki, 2010-cu ildə 150 yaşlı bu tarixi binada ölkə Prezidentinin xüsusi tapşırığı ilə əsaslı şəkildə yenidənqurma işləri aparılması və yenidən şagirdlərin istifadəsinə verilməsi dövlət başçısının təhsilə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir.

Sonra tədbirdə Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova çıxış edərək, Ulu Öndər Heydər Əliyevin zəngin və mənalı ömür yolunun, ideya-nəzəri irsinin gənc nəsil üçün bir örnək, nümunəvi həyat məktəbi olmasından danışmışdır.

101 sekil98

Tədbirdə 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri bütün ömrünü xalqının rifahına və dövlətimizin inkişafına sərf etmiş dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim etmiş, şeir və mahnılar səsləndirmişlər. Ümummilli Liderə həsr olunmuş sənədli film və videoslaydlar nümayiş etdirilmişdir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin