132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri “İNEPO-AVRASİYA” Beynəlxalq Layihə Olimpiadasında I yer tutaraq qızıl medalla qalib olublar

0

picture3Bildiyimiz kimi, bu ilin aprel ayının 4-5-də Azərbaycan Respublikası Təhsil Nazirliyi, İDEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi və “İnepo-Avrasiya” Ekologiya İctimai Birliyinin təşkilatçılığı ilə Məktəblilərin VIII Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadası keçirildi. Olimpiadada xarici ölkələrdən təqdim olunmuş 425 layihədən 58-i, Azərbaycandan isə 214 layihədən 62-si nümayiş olundu. 180 orta məktəbin qatıldığı olimpiadanın nəticələri hər birimizi sevindirdi. Həmin qaliblər sırasında ilk yeri tutan iki nəfər 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləridir.

Ətraf mühitlə bağlı problemlərin artmasıvə ətraf mühitə olan təzyiqlər son illərdə daha kəskin müşahidə edilir. Bu səbəbdən əhali arasında təbiətə münasibətin dəyişdirilməsi mühüm istiqamətlərdən biri hesab olunur.

Artıq səkkizinci dəfədir ki, ölkəmizdə “Məktəblilərin VIII Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadası” keçirildi. 132-134 nömrəli Təhsil Kompleksi ikinci ildir ki, bu möhtəşəm, maraqlı, vacib bir olimpiadada iştirak edirdi. 2013-cü ildə Ətraf Mühit kateqoriyası üzrə “Neftlə çirklənmiş torpaqların bioloji yolla tmizlənməsi və torpaqların münbitliyini qorumaq üçün müasir texnoloqiya” adlı layihə ilə iştirak edərək bürünc medal mükafatçısı olduq. Bu il İNEPO-AVROASİYA Təşkilat Komitəsi tərəfindən müsabiqə qeyd edildikdən sonra Sosial elm kateqoriyasında “Xəzər suitilərini necə xilas edək” layihəsini təqdim etdik və olimpiadada iştirak etmək hüququ qazandıq.

Sevinərək qeyd etmək istəyirik ki, bu ilin  aprel ayının 4-də Bakıda Sərhədçi İdman Kompleksində Təhsil Nazirliyi, İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi, “İnepo-Avrasiya” Ekologiya İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “İNEPO-AVRASİYA” – Ətraf Mühitin Mühafizəsi VIII Beynəlxalq Layihə Olimpiadasında bu il 132-134 nömrəli Təhsil Kompleksi I-ci yerin qalibi oldu.

Təqdim etdiyimiz layihə ilbəil Xəzər dənizində yaşayan yeganə su məməlisi olan Xəzər suitilərinin azalması ilə bağlı idi. Bu məqsədlə “Xəzər suitilərini necə xilas edək” layihə ilə iştirak etmək qarşıya məqsəd kimi qoyulmuşdu.

Xəzər suitiləri yanvar-fevral aylarında Xəzərin şimal akvatoriyasında balaladıqdan sonra aprel ayının sonuna və may ayının əvvəlinə Azərbaycan akvatoriyasına gəlirlər. Çilov , Pirallahı, Kiçik Tava, Böyük Tava, Tavaaltı, Dardanel adalarında toplanırlar.

Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (IUCN) Xəzər suitilərini “zəif” növ kimi IUCN “Qırmızı kitab”ına daxil edib. Xəzər suiti-pərayaqlıların 33 növünün yeganə nümayəndısidir ki, suitilərin ən kiçik ölçülü növü kimi “Ginnes”in rekordlar kitabına daxil edilmişdir.

Təssüf olsun ki, Xəzər suitisi (Phoca caspica) təhlükə altındadır. Xəzər suitiləri çox maraqlı heyvanlardır, onlar təbiətin bir hissəsidirlər və bizim soyuqqanlığımızın qurbanlarına çevrilmişdirlər. Xəzər suitiləri son on ildə təbii şəraitdə 50 – 80 % sayı azalmış endem və relikt növdür. Xəzər suitiləri Xəzər ekosisteminin əsas hissəsidir. Biosenozun axırıncı halqasıdır, haqlı olaraq Xəzər dənizinin indikatoru hesab olunurlar. Onlar yox olmaq təhlükəsi qarşısındadırlar.  Bütün bunları nəzərə alaraq dövlət tərəfindən mühüm işlər görülür və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 8 fevral tarixli Sərəncamı ilə Bakı şəhəri Xəzər rayonu inzibati ərazisinin 783 hektar sahəsində, Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında Abşeron Milli Parkı yaradılmışdır. Abşeron Milli Parkının yaradılmasında məqsəd vəhşi təbiətin mühafizəsini, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanmasını təmin etmək, o cümlədən ekoturizm üçün mövcud olan təbii imkanları dəyərləndirməkdən ibarətdir.

Qeyd edək ki, 132-134 nömrəli Təhsil Kompleksi olaraq irəli sürdüyümüz “Xəzər suitilərini necə xilas edək” layihsində əsas məqsəd əhali arasında Xəzər suitilərinə qarşı formalaşmış münasibəti dəyişmək, Xəzər suitilərini insanlara daha yaxından tanıdaraq sevdirməkdən ibarət olmuşdur.

Təklifimiz isə , Xəzər suitilərinin azalmasını nəzərə alaraq onları həm də qorumaq, sayını bərpa etmək məqsədi ilə, Bakı şəhərinin bir hissəsində və ya yeni salınacaq Zooloji parkda suitilərə aid kiçik bir parkın salınmasından ibarət olub .       Beləliklə, aprelin 5- Sərhədçi İdman Olimpiya Kompleksində dünyanın 51 ölkəsinin şagirdinin iştirak etdiyi VIII Beynəlxalq Layihə olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirildi. Mərasimdə 132-134 nömrəli Təhsil Kompleksinin iki nəfər şagirdi Rzayev Anar ( VI sinif) , Cəbrayılova Fərəh (VII sinif) birinci yeri tutaraq, qızıl medal qazanmışlar.

picture 1

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin