Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü tamam olur

0

Untitled-2132-134 nömrəli Təhsil Kompleksində akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş “Dəyirmi Masa” keçirildi. Bu əlamətdar gün münasibətilə ilk öncə 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova çıxış edərək Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında məlumat verdi və Zərifə xanımın varlığı ilə ailəsini, övladlarını sevən ana olduğunu, övladlarının layiqli insan və vətəndaş kimi böyüməsi, tərbiyə alması üçün ömrünü şam kimi əritdiyini şagirdlərin diqqətinə çatdırdı. Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə şagirdlərə geniş məlumat verən S.Xanlarova həmçinin qeyd etdi ki, akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.

Ümummillli Lider Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olub. Təşkil olunmuş “Dəyirmi Masa” çərçivəsində məktəblilər Zərifə xanım Əliyevaya, anaya, Azərbaycan qadınına, Azərbaycanımıza həsr olunan şer və mahnılar, bədii kompozisiyalarla da çıxış etdilər, Zərifə xanım Əliyevanın elmi və ictimai fəaliyyəti ilə bağlı hazırlanmış referatlar təqdim etdilər.

Sonda məktəblilər tərəfindən hazırlanan slaydlar nümayiş etdirildi.Untitled-4Untitled-3Untitled-3Untitled-8

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin